Abasov yorğunluqdan gileyləndi: "Neftçi"dən təklif gələndə, bəzi insanlar kimi "Sumqayıt"ı qoyub qaçmaq fikrində deyildim"

"Oyun haqda yox, ümumiyyətlə vəziyyət haqda danışmaq istəyirəm. Futbolçularda yorğunluq var. Həm psixoloji, həm də fiziki cəhətdən belədi. Bəli, 1-2 oyunçu var ki, toplanış keçməyib. Bu da oyunda öz təsirini göstərir. Avrokuboklardan gəlmişik. Bir oyunumuz qalıb, daha sonra milli fasiləsi olacaq. Yaxşı dincəlib, bundan sonra yaxşı oynamalıyıq. Futbolçularla da danışıram, onlar yorğunluğu önə çəkir. Çempionatın əvvəlidi, sabah necə olacağını bilmirik. Deməzdim ki, bu gün göstərdiyimiz oyuna görə futbolçulardan tam razıyam. Oyun haqda danışmaq istəmirəm. Artıq bu matç geridə qaldı, növbəti görüş haqda düşünməliyik. “Araz-Naxçıvan”la evdəki oyun bundan da çətin olacaq. Avrokuboklarda uduzaraq iştirakını dayandıran ilk komanda olduq. Bunun altından çıxa bilməmişik. Futbolçularda onun üzüntüsü, məsuliyyəti var. Bu vaxta qədər top saxlayan komanda kimi seçilirdiksə, bu gün çox top itirdik. Futbolçulara da dedim ki, top itirməsək, öz oyunumuzu oynasaq, qollar vura bilərik. Toplar itiririk. Bunu təkcə yeni gələnlərə şamil etmirəm. Futbolçu yorğunluq hiss edirsə, oyununa təsir edir. Onları başa düşməyə çalışırıq".

Presssport.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Samir Abasov Premyer Liqanın 4-cü turunun "Sabah"la oyunundan sonra deyib.

O, ardından jurnalistlərin suallarını da cavablandırıb.

- Hesabda öndə oldunuz, ancaq üstünlüyü qoruya bilmədiniz. Nə çatmadı?

Yorğunluğa görə hesabdakı üstünlüyü qoruyub saxlaya bilmədik. “Sabah” evdə oynayırdı, birəbir güclü oyunçuları var. Tapşırığımız o idi ki, rəqibin cinah oyunçularını tək qoymayaq. Dayaq yarımmüdafiəçiləri onlara kömək etməli idi. Fernando Madeyros çatdırmırdı və yük digərlərinə düşürdü. “Sabah”ın oyununda görünürdü ki, boşluqlar verirdik, qol vura bilərlər. 

- Yeni transfer Alan Diası sifariş ərizəsinə nə vaxt daxil edəcəksiz?

Alanı indi sifariş etmək fikrimiz yoxdu. Onun vəziyyətini bilirik - 1-2 aya hazır olacaq. Bunu bilirdik. Digər transferimiz, hücumçunun işi ilə məşğul olurduq və bu gün 13:00-a qədər gözləyirdik. Amma nə Özbəkistan Futbol Federasiyasından, nə də AFFA-dan asılı olan məsələdi. Sistem olaraq FİFA-dan nəsə yaşandı, buna görə alınmadı. İnanırıq ki, yaxın günlərdə onu da iştirak ərizəsinə daxil edəcəyik. 

- Bilirik ki, mövsümlərarası fasilədə “Neftçi”dən sizə təklif gəlmişdi. Bu gün “Sumqayıt”ın “sükanı arxası”nda qaldığınıza görə peşman deyilsiniz?

Əsla. Ən azından öz şəhərimin komandasıdı, onun baş məşqçisiyəm. Ona görə heç vaxt peşman olmaram. Bir dəfə təklif gəlibsə, başqa vaxt da təklif gələ bilər. “Sumqayıt”la müqaviləm var idi və komandanı bəzi insanlar kimi qoyub-qaçmaq fikrində deyildim. Futbolçularıma inanıram və sona qədər onlarlayam.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC