"Zirə" kimi komandanı məğlub etmək bizim üçün stimuldu" - Ayxan Abbasov

"Şamaxı" Misli Premyer Liqasının IV turunda səfərdə"Zirə"ni 1:0 hesabı ilə məğlub edib.

Presssport.az xəbər verir ki, bölgə təmsilçisinin baş məşqçisi Ayxan Abbasov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandıraraq öncə görüşlə bağlı fikirlərini bölüşüb.

- İlk qələbəmiz idi.B6 münasobətlə rəhbərliyi, futbolçuları, azarkeşləri təbrik edirəm. Bilirdik ki, “Zirə” üçün çətin olacaq. Çünki ağır oyundan gəlmişdilər. Avrokuboklarda oynayan komandalarımız hələ ki, çempionatda çətinlik çəkirlər. Normaldı və bu fürsətdən yararlanmaq lazım idi. Yeni futbolçularımız var. Hesab nə olursa-olsun, futbolçularım əzmkarlıq göstərdi, xal qazanmaq üçün mübarizə apardı. Bu oyunlar bizə lazımdı. Hər xal bizim üçün qızıl olacaq. Bu xal da elədir.

- Bugünkü qələbənizi “Zirə”nin yorğunluğuna bağlayırsnıız?

- Bu gün əzmkar olmasaydıq, “Zirə” ustalıq sarıdan bizdən üstün idi, rahat qalib gələrdi. Onlara imkan vermədik. Birinci hissədən daha çox razı qaldım. İkinci yarı dəyişikliklərdən sonra üstünlük rəqibə keçdi.

- “Şamaxı”nın bu mövsüm məqsədi nə olacaq?

- Bu suala hər dəfə geniş cavab verə bilərdim. Digər komandalarda işləyəndə də, bizdə sanki məqsəd istəyirlər ki, nəyisə tez bir zamanda nəticə verəsən, harasa gedəsən. Məqsəd çempionatda qalmaq, yuxarı yerlər üçün vuruşmaq, yeni oyunçular çıxarmaqdır. Bizdə U-21 millisindən 3 oyunçu çıxış edir.

- Transferlər üçün pulunuz qalıb?

- Pulumuz yoxdu. Bəzən “rezki” gəlir.

- “Turan Tovuz”un hazırkı uğurunda özünüzü nə qədər pay sahibi görürsüz?

- Keçən il nə qədər xalımız var idi? Yaxşı başlayıblar. “Turan Tovuz” bizim üçün rəqibdi və danışmağım düz olmaz. Çempionat hələ qabaqdadır.

- Qələbə sizin özünüzə stimul verdi? “Qarabağ” – “Turan Tovuz” matçı haqda nə deyərdiniz?

- Klublar iki “cəbhə”də çətinlik çəkir. “Sabah”a da aid etmək olar. “Sumqayıt” da əziyyət çəkdi, sonra toparlandı. Bura inanıb gəlmişəm. Yenidən komanda qurmaq çox çətindi. Məncə, məşqçilikdə ən çətin işlərdən biri seleksiyadı. Daha sonra komandanı inandırmaq lazımdı. Hər qələbə bütün komanda və mənim üçün böyük stimuldu. “Zirə”ni səfərdə məğlub etmək asan iş deyil. Keçən il çox möhkəm komanda idi, kubokun finalında oynadı. Avrokuboklarda son oyunu çıxsaq, məncə, bu il “Zirə” çox yaxşı çıxış etdi. Onun seleksiyasına baxsaq, “Qarabağ”a başağrısı olacaq. Məğlubiyyətlər bəzən qaçılmazdı. Belə komandanı məğlub etmək bizim üçün stimuldu.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC