Stolüstü tennisçimiz Fransada medalçı olub

Azərbaycanın stolüstü tennisçisi Onur Quluzadə Fransanın Şiltiqheym şəhərində təşkil olunan “Euro Mini Champs” yarışında uğurlu çıxış edib.

Stolüstü Tennis Federasiyasından Presssport.az-a verilən məlumata görə 2011-2012 təvəllüdlü 128 idmançı arasında yarışan idmançımız təsnifat mərhələlərini inamla adlayaraq mükafatlar uğrunda mübarizə aparıb.

1/16 finalda fransalı, 1/8-də bolqarıstanlı, 1/4 finalda daha bir fransalı rəqibinə qalib gələn stolüstü tennisçimiz yarımfinalda rumıniyalı həmkarına uduzub. Təmsilçimiz 3-cü yer uğrunda görüşdə Çexiya idmançısını üstələyərək bürünc medal qazanıb.

Kiçik Avropa çempionatı da adlandırılan yarışdakı digər təmsilçimiz Yağmur Məmmədli isə 96 iştirakçı arasında 12-ci yeri tutub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC