Yakiroviç "Qarabağ"ın 5 saniyəyə cərimə meydanına çata bilməsindən danışdı: "Yaxşı üstünlüyü əldə etdik, amma rahatlaşa bilmirik”

Zaqreb “Dinamo”sunun baş məşqçisi Sergey Yakiroviç ölkə çempionatında "Qoritsa" ilə oyundan danışarkən, Çempionlar Liqasının pley-off mərhələsinin “Qarabağ”a qarşı Zaqrebdə keçirdikləri ilk oyuna (3:0) bir daha toxunub.

Presssport.az xəbər verir ki, xorvatiyalı mütəxəssis klubun rəsmi saytına açıqlamasında Azərbaycan çempionuyla oyundan əvvəl hər bir detalın vacib olduğunu bildiklərini vurğulayıb: “Rəqibin yaxşı olduğunu bilsək də, oyunda səhvlərə yol verdik. Xüsusilə bilirdik ki, meydanın mərkəzində topu itirsək, “Qarabağ” 5 saniyəyə cərimə meydançamıza çata bilər. Bunu bu oyunda da təsdiqlədilər. Gözləyirəm ki, cavab matçında daha ardıcıl olacağıq. “Dinamo”nun rəqibi təhdid edə biləcəyini gördük. “Qarabağ” uzun illər ölkəsinin çempionudu, dominantdı. Bu komandada öz keyfiyyətini göstərən yaxşı futbolçular var. Şanslarımızdan istifadə etdik və yaxşı üstünlüyü əldə etdik, amma rahatlaşa bilmirik”.

Yakiroviçin sözlərinə görə, Bakıya itkisiz gəlirlər: "Perkoviç, Periç, Ademi və Ristovski çərşənbə günü "Qarabağ"la cavab oyununda bizə qoşulacaq".
Xatırladaq ki, avqustun 28-də Tofiq Bəhramov adına Respublika stadionundakı matç saat 20:45-də başlayacaq. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC