Xırdalanda “Abşeron” boks klubunun yeni zalının açılışı olub

Xırdalan şəhərində “Abşeron” boks klubunun yeni zalının açılışı olub.

Azərbaycan Boks Federasiyasından (ABF) Presssport.az-a verilən məlumata görə, açılış mərasimində ABF-nin baş katibi Nağı Səfərov, klubun yaradıcıları Vüqar Zalıyevlə Nazim Mehdiyev və digər şəxslər iştirak edib.

Qonaqlar burda yaradılan şəraitlə tanış olub, gələcək perspektivlərlə bağlı fikir mübadiləsi aparıb. 

Klubun yaradıcıları federasiya rəhbərliyinə boksçulara yaradılan şəraitə və göstərilən qayğıya görə təşəkkürlərini bildirib.

Səfərov idmançılarla söhbət edib, onların hazırkı durumu ilə maraqlanıb.

Onu da bildirək ki, məşqçi kimi çalışan Zalıyevlı Mehdiyev Beynəlxalq Boks Assosiasiyasının 1 ulduz dərəcəsini yeni alıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC