"Qarabağ"ın rəqibindən ərəb klubuna keçdi

Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu futbolçusu İvan Saraniçlə yollarını ayırıb.

Presssport.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Belə ki, 21 yaşlı xorvatiyalı yarımmüdafiəçi Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Batae" klubuna keçib.

Xatırladaq ki, avqustun 20-də Zaqrebdəki "Maksimir" stadionunda baş tutan "Dinamo" - "Qarabağ" matçı meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Tərəflərin cavab görüşü avqustun 28-də saat 20:45-də baş tutacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC