“Qarabağ” böyükhesablı məğlubiyyətlə başladı - erkən qırmızı vərəqə, qaçırılan penalti

“Qarabağ” Avropa Liqasının Liqa mərhələsində mübarizəyə başlayıb.

Presssport.az xəbər verir ki, Ağdam təmsilçisi yeni formatda keçirilən yarışda bu gün ilk oyununa çıxaraq Londonda “Tottenhem”lə qarşılaşıb.

Çempionumuzu aparan avtobusun Londonda tıxaca düşməsi səbəbindən görüş Bakı vaxtı ilə 23:00-da deyil, 23:35-də başlayıb. 

Matç meydan sahiblərinin böyükhesablı qələbəsi ilə yekunlaşıb. Görüşdə hesabı 12-ci dəqiqədə Brennan Conson açıb. 53-cü dəqiqədə Pap Matar Sarr hesab arasındakı fərqi iki topa çatdırıb. Qarşılaşmada yekun hesabı isə 69-cu dəqiqədə adını tabloya yazdıran Dominik Solanke müəyyənləşdirib.

Onu da bildirək ki, oyunun artıq 7-ci dəqiqəsində londonlular Radu Drequşinin son ümid foluna görə birbaşa qırmızı vərəqə almasının ardından meydanda azlıqda qalıb. 58-ci dəqiqədə isə “köhlən atlar”dan Toral Bayramov penalti zərbəsindən yararlana bilməyib.

“Qarabağ” UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunda, oktyabrın 3-də İsveç təmsilçisi “Malmö” ilə qarşılaşacaq. Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Xatırladaq ki, Avropa Liqasının Liqa mərhələsində ilk 8 yeri tutan komanda yarışın 1/8 finalına, 9-24-cü yeri tutanlar isə pley-off mərhələsinə vəsiqə qazanır. 25-36-cı olanlar isə avrokuboklarda mübarizəni başa vurur.

26 sentyabr (cümə axşamı)
23:35. “Tottenhem” (İngiltərə) - “Qarabağ” (Azərbaycan) - 3:0

Qollar: B.Conson, 12, P. Sarr, 53, D.Solanke, 69 

57-ci dəqiqədə T.Bayramov ("Qarabağ") 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirə bilməyib (yan)

Qırmızı vərəqə: R.Draquiş, 8 ("Tottenhem")
Baş hakim: Villi Delajo (Fransa)

"Tottenhem": 1. Qulyelmo Vikario, 6. Radu Draquşin, 7. Hın-Min Son (k), 8. İves Bissuma, 14. Arçi Qrey, 15. Lukas Berqvol, 19. Dominik Solanke, 22. Brennan Yonson, 29. Pape Sarr, 33. Ben Deyvis, 37. Miki van de Ven

Ehtiyat oyunçular: Forster, Austin, Maddison, Udogie, Verner, Kuluşevski, Pedro, Bentanku, Lankserar, Moore

Baş məşqçi: Ange Postekoqlu

"Qarabağ": 99. Mateuş Koxalski, 44. Elvin Cəfərquliyev, 13. Bəhlul Mustafazadə, 55. Bədavi Hüseynov (k), 2. Mateus Silva, 6. Julio Romao, 7. Yassin Benzia, 66. Patrik Andrade, 10. Abdullah Zubir, 18. Juninyo, 27. Toral Bayramov

Ehtiyat oyunçular:  12. Sadiq Məmmədzadə, 97.Fabian Buntiç,8. Marko Yankoviç 30. Abbas Hüseynov, 20.Riçard Almeyda, 21.Aleksey Kaşuk,  24.Aleksey İsayev, 15. Leandro Andrade, 90. Nəriman Axundzadə, 22. Musa Qurbanlı, 11.Emmanuel Adday

Baş məşqçi: Qurban Qurbanov 

London. “Tottenhem Hotspur” stadionu
 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC