"Qarabağ" - "Malmö" görüşünün biletləri bu gündən satışa çıxarılır

Avropa Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Malmö” (İsveç) matçının biletləri bu gün - sentyabrın 27-i saat 12:00-dan etibarən satışa çıxarılacaq.

Presssport.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüşün biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150 manat təşkil edir.

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlərimiz üçün biletlərin qiyməti isə 300 manatdır.

Satış məntəqələri:

iTicket.az-ın satış məntəqələri (iTicket.az-da onlayn satış);
Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu;
Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;

Xatırladaq ki, oktyabrın 3-də keçiriləcək "Qarabağ" - "Malmö" görüşünə saat 20:45-də start veriləcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC