Avroliqanın Liqa mərhələsi: İlk turdan sonra “Qarabağ” neçəncidi?

Yeni formatda keçirilən Avropa Liqasının Liqa mərhələsində I tura yekun vurulub.

Presssport.az xəbər verir ki, 36 komandanın mübarizə apardığı liqa mərhələsində 1-ci turdan sonra ilk pilləni “Ayaks” tutur. 

Belə ki, Niderland təmsilçisi daha yaxşı top fərqinə görə (+4) liderdi. “Qarabağ” isə “Dinamo” Kiyevlə (-3) 34-35-ci yerləri bölüşdürür. Sonuncu - 36-cı yeri “Beşiktaş” tutur.

Xatırladaq ki, “Qarabağ” ilk turda Londonda “Tottenhem”lə qarşılaşaraq 0:3 hesabı ilə uduzub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC