Fərid Qayıbov Zaqatala və Qax Olimpiya İdman Komplekslərinə baxış keçirib

Gənclər və idman naziri Fərid Qayıbov Zaqatala Olimpiya İdman Kompleksinə baxış keçirib.

Presssport.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, burda aparılan yenidənqurma işlərinin gedişatı ilə maraqlanan nazir prosesin keyfiyyətli və sürətli aparılması istiqamətində müvafiq tapşırıqlar verib.

O, Qax Olimpiya İdman Kompleksinin vəziyyəti ilə də tanış olub. Burdakı məşq və yarış zallarına, stadiona, üzgüçülük hovuzuna baxış keçirilib. Qayıbov komplekslərdə mövcud idman bölmələrində fəallığın və peşəkar yanaşmanın artırılması, idman qurğularının daha səmərəli və effektli idarə edilməsi ilə bağlı fikir mübadiləsi aparıb, müvafiq tövsiyələr verib.

Nazir həmçinin Respublika Olimpiya İdman Liseyinin Qax filialının fəaliyyəti ilə maraqlanıb. Nazir buradakı şərait, qarşıda duran işlər barədə məşqçi-müəllimlərlə fikir mübadiləsi aparıb, lisey şagirdləri ilə söhbət edib, onların tədris və məşq şəraitləri ilə maraqlanıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC