"Araz-Naxçıvan" "Səbail" görüşünə itkilərlə çıxacaq

“Araz-Naxçıvan” Misli Premyer Liqasının VIII turunun “Səbail”lə görüşünə 2 itki ilə çıxacaq.

Presssport.az xəbər verir ki, meydan sahiblərinin çalışdırıcısı Elmar Baxşıyev cəzalı duruma düşən sağ cinah müdafiəçisi Ömər Buludov, eləcə də zədəli olan braziliyalı mərkəz yarımmüdafiəçisi Karlos Jatobanın xidmətindən istifadə edə bilməyəcək.

Sonuncu avqustun sonunda əməliyyat olunub və yalnız qış fasiləsindən sonra yaşıl meydanda qayıdacaq. “Səbail”də isə heyətlə bağlı itki yoxdu.

Xatırladaq ki, “Araz-Naxçıvan” – “Səbail” matçı bu gün Sumqayıtdakı “Kapital Bank Arena” stadionunda saat 19:00-da keçiriləcək. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC