"Sumqayıt" millimizin qapıçısını transfer etdi - RƏSMİ

2024/25 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçunu heyətinə cəlb edib.

Presssport.az xəbər verir ki, Premyer Liqa təmsilçisi ötən mövsümü "Qəbələ"də keçirmiş Rəşad Əzizli ilə mövsümün sonunadək müqavilə imzalayıb. 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Millimizə də cəlb olunan 30 yaşlı qapıçı yeni klubunda “94 nömrə”li formada çıxış edəcək. 

Xatırladaq ki, “Sumqayıt” bugünə qədər Rəhim Sadıxov, Fernando Medeiros, Nikola Vuynoviç, Sərtan Taşqın, Silvanus Nimeli, Alan Dias, Miloş Miloviç və Giorgi Karaişvilinin keçidini reallaşdırıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC