Bölgə klublarl Təcili Tibbi Yardım avtomobilinə görə maddi ziyana düşüb

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Presssport.az xəbər verir ki, iclasda II Liqanın IV turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

23 sentyabr 2024-cü il tarixində II Liqanın IV turunun “Saatlı-Araz” – “Şahdağ Qusar” oyununda təhlükəsizlik nümayəndəsi stadiona təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Saatlı-Araz” komandası 100 manat cərimə edilir (maddə 72.4);

23 sentyabr 2024-cü il tarixində II Liqanın IV turunun “Saatlı-Araz” – “Şahdağ Qusar” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Saatlı-Araz” komandası 100 manat cərimə edilir (maddə 72.4);

23 sentyabr 2024-cü il tarixində II Liqanın IV turunun “Füzuli” – “Dinamo” oyununda “Füzuli” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Füzuli” komandası 70 manat cərimə edilir (maddə 37);

23 sentyabr 2024-cü il tarixində II Liqanın IV turunun “Füzuli” – “Dinamo” oyununda Əsasnamənin tələbləri pozulduğuna görə “Füzuli” komandası 50 manat cərimə edilir (maddə 70.1);

23 sentyabr 2024-cü il tarixində II Liqanın IV turunun “Füzuli” – “Dinamo” oyununun 42-ci dəqiqəsində “Dinamo” komandasının 20 nömrəli futbolçusu Valeh Seyidov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Dinamo” komandası 50 manat cərimə edilir (maddə 36.5);

23 sentyabr 2024-cü il tarixində II Liqanın IV turunun “Kür-Araz” – “Qusar” oyununda “Kür-Araz” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Kür-Araz” komandası 70 manat cərimə edilir (maddə 37);

23 sentyabr 2024-cü il tarixində II Liqanın IV turunun “Kür-Araz” – “Qusar” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Kür-Araz” komandası 100 manat cərimə edilir (maddə 72.4);

23 sentyabr 2024-cü il tarixində II Liqanın IV turunun “Kür-Araz” – “Qusar” oyununda “Qusar” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Qusar” komandası 70 manat cərimə edilir (maddə 37);

24 sentyabr 2024-cü il tarixində II Liqanın IV turunun “Şimal” – “Şəfa” oyununda “Şimal” komandasının 6 futbolçusu sarı vərəqə aldığına görə “Şimal” komandası 70 manat cərimə edilir (maddə 37);

24 sentyabr 2024-cü il tarixində II Liqanın IV turunun “Sheki City” – “Hypers Guba” oyununun 90+1-ci dəqiqəsində “Hypers Guba” komandasının 22 nömrəli futbolçusu Rəvan Quluzadə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Hypers Guba” komandası 50 manat cərimə edilir (maddə 36.5);

24 sentyabr 2024-cü il tarixində II Liqanın IV turunun “Lerik” – “Göygöl” oyununda “Göygöl” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Göygöl” komandası 70 manat cərimə edilir (maddə 37).

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC