“Qarabağ” çoxlu şans yaratdı, “Tottenhem”in bəxti gətirdi və həmin imkanlar qola çevrilmədi" - Qlen Hoddl

"Tottenhem”in sabiq futbolçusu və baş məşqçisi Qlenn Hoddl Avropa Liqasının Liqa mərhələsinin I turunda turunda “Qarabağ” üzərində qazanılan 3:0 hesablı qələbəni dəyərləndirib.

Presssport.az xəbər verir ki, baş məşqçi kimi “Çelsi” və İngiltərə yığmasında da fəaliyyət göstərmiş 66 yaşlı ingiltərəli mütəxəssis London təmsilçisinin bəxtinin gətirdiyini etiraf edib.

Hoddl Azərbaycan çempionunun çoxsaylı hücumlarının olduğunu vurğulayıb: “Ədalətli olmaq lazımdı - “Tottenhem” futbolçuları heç vaxt klubun ambisiyalarını azaltmır. Komanda üçün yaxşı qələbə oldu. Necə bacardıqlarını bilmirəm, amma qapılarında qol görmədən qalib gəldilər. “Qarabağ” çoxlu şans yaratdı, “Tottenhem”in bəxti gətirdi və həmin imkanlar qola çevrilmədi. Təmsilçimizin heyətində bir neçə gənc futbolçu çıxış etdi, özlərini yaxşı tərəfdən göstərdi. Avropa Liqasına əla başlanğıc oldu. Lakin komanda oyununu daha da yaxşılaşdırmalıdı”.

Xatırladaq ki, “Qarabağ”ın oyunun böyük hissəsini rəqibin futbolçusu qırmızı vərəqə aldığına görə say üstünlüyündə keçirdiyi matçda penaltini də qaçırıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC