Azərbaycanın 16 yaşadək voleybolçu qızlardan ibarət millisi Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatında iştirak edəcək.
Presssport.az xəbər verir ki, noyabrın 20-23-də Polşada keçiriləcək çempionatda ev sahibləri ilə yanaşı, Azərbaycan, Latviya, Gürcüstan, Ukrayna, Litva və Estoniya mübarizə aparacaq.
B qrupunda yer alan millimizin rəqibləri Litva, Ukrayna və Estoniya kollektivləridir.
Xatırladaq ki, yarış AVRO-2025-ə seçmə xarakter daşıyır. Reqlamentə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə qazanacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC