Şahmatçılarımız şəxsi Avropa çempionatında iştirak edəcək

Azərbaycan şahmatçıları Monteneqronun Petrovaç şəhərində keçiriləcək şahmat üzrə şəxsi Avropa çempionatında iştirak edəcək.

Presssport.az Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, ölkəmiz qitə çempionatında 22 şahmatçı ilə təmsil olunacaq.

Turnirdə Rauf Məmmədov, Eltac Səfərli, Aydın Süleymanlı, Məhəmməd Muradlı, Vüqar Rəsulov, Vasif Durarbəyli, Əhməd Əhmədzadə, Misrətdin İsgəndərov, Riad Səmədov, Namiq Quliyev, Xəzər Babazadə, Vüqar Manafov, Xaqan Əhməd, Gövhər Beydullayeva, Ayan Allahverdiyeva, Şiroğlan Talıbov, Orxan Abdulov, Allahverdi Həmidov, Şahin Vəliyev, Ümid Aslanov, Elcan Əbdülkərimli, Orxan Bağırov və Kamran Vəlizadə mübarizə aparacaq.

Onu da bildirək ki, noyabrın 8-dən 19-dək davam edəcək Avropa çempionatında ümumilikdə 42 ölkənin şahmatçıları çıxış edəcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC