Medina və Andradedən insidentlə bağlı açıqlama: "Burada heç bir başqa məna, alt fikir yoxdur"

“Qarabağ”ın futbolçuları Kevin Medina və Leandro Andrade Misli Premyer Liqasının XV turunda “Neftçi” ilə matçda baş verən insidentə aydınlıq gətiriblər.

Presssport.az xəbər verir ki, hər iki oyunçu açıqlamasında “ağ-qaralar”ın azarkeşlərinə nəsə mesaj göndərmədiklərini deyiblər.

Onlar əməkdaşımızda söhbətlərində bildiriblər ki, orada heç kimi təhrik etmək və ya provokasiya çəkmək fikirləri olmayıb: “İstər avrokubok, istərsə də “Neftçi” ilə bundan əvvəlki oyunlarda da belə şəkillərimiz var. Bu bizim ənənəvi çəkdiyimiz fotolardır. Mən, yaxud Andrade qol vuranda belə pozalar veririk. Burada heç bir başqa məna, alt fikir yoxdur. Bunu axtarmaq da lazım deyil. Həmin vaxt həm operator, həm də fotoqrafların çoxu həmin tərəfdə idi. Biz də ora gedərək şəkil çəkdirdik”.

Qeyd edək ki, “Qarabağ”ın 3:0 hesabı ilə qalib gəldiyi matçda Medina və Andradenin hərəkətləri “Neftçi” azarkeşlərinin etirazına səbəb olub. Bu, 27-ci dəqiqədə Leandronun hesabı açmasından sonra baş verib. Andrede komanda yoldaşı Medina ilə birgə “Neftçi” azarkeşlərinin oturduğu qapının arxa tribunası önündə qol sevinclərini qalib ədası formasında şəkil çəkdirməklə ifadə ediblər. Baş hakim Əliyar Ağayev dərhal hər iki oyunçunu cəzalandırıb, onlara sarı vərəqə göstərib (idman.biz).

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC