Abasov göstərilən əzmkarlıq, transfer planlarından və rəhbərlikdən danışıb: "O qədər dəstəklə yanımızdadırlar ki, hər verdiyimiz qərarın arxasındadılar"

"Futbolçulara təşəkkür edirəm. Göstərdikləri oyun və meydanda olan nizam-intizam bu cür matçlarda önəmlidi".

Presssport.az xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan kubokunun 1/8 final mərhələsində "Difai"ni 6:0 hesabı ilə məğlub etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

Onun fikrincə, xoş olan odur ki, oyunçuları əzmkarlıq göstərib: "Buna ehtiyacımız var. Baxmayaraq ki, I Liqa komandasına qarşı oynayırdıq, öz adımızı təmsil edirik və onu qorumalıyıq. Futbolçularımdan razı qaldım. İnşallah, belə də davam edəcəyik". 

46 yaşlı mütəxəssis transfer planları haqda da danışıb: "Nə edəcəyimiz və gələcək planlar haqda düşünürük. Bu gün həmin düşüncələrin içində göndərilməli olan oyunçular yoxdu. Əksinə, gətirə biləcəyimiz futbolçular haqda düşünürük. Rəhbərlik sağ olsun. O qədər dəstəklə yanımızdadırlar ki, hər verdiyimiz qərarın arxasındadılar. Ona gönə hazırda fikrimiz yoxdur ki, kimisə göndərək və onun yerinə digərini gətirək. Sadəcə, sırf bəzi mövqelər var ki, mənə görə problemli sayılır. Qıraqdan görünə bilər ki, həmin mövqelərdə kifayət qədər oyunçu var. Amma görmək istədiyim tipli deyillər. Daim axtarışdayıq. İşimizin çox hissəsini buna yönəltmişik. Hamımız bilirik ki, qışda bunu etmək çətindi. Amma inanıram, bacaracağıq. Göndərə biləcəyimiz futbolçulara gəlincə, bəzilərinin uzunmüddətli müqavilələri var. Buna görə də bu məsələyə köklənməmişik. Bu gün bu, prioritet deyil. İşimiz sırf oyunçu gətirməyə yönəlib. Xoşdur ki, işlərimdə dəstək görürəm". 

Abasov "Azərbaycan kubokunda "Neftçi"nin səbətində nə "Qarabağ" var, nə "Zirə" fikrinə münasibət bildirib: "Düşdüyümüz vəziyyət elədir ki, rəqibləri bölə bilmirik. Reallıq budur ki, 9 komandadan heç biri "Qarabağ"la qarşılaşmaq istəməz. Açıq danışsaq, belədi. Heç kim onlarla bir səbətdə də olmaq istəməz. Amma vəziyyətimiz elədir ki, ancaq yaxşılaşmağı düşünürük. Sevindirici məqam odur ki, digər kubok oyunları bir az gec olacaq. O vaxta qədər yaxşı işlər görə bilərik. Onu da prioritet kimi saxlamışıq. Çünki Avropaya getməyin yollarından biridi, bugünkü vəziyyətdə isə ən əlverişli yollardan biri. Amma hazırda bizim üçün bütün rəqiblər çətindi. Onları bölə bilmərik". 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC