“Neftçi”nin baş məşqçisi Samir Abasov qış planları haqda danışıb.
Presssport.az xəbər verir ki, 46 yaşlı mütəxəssis xaricə getmək haqda düşünmədiklərini açıqlayıb: "Bir şey dəyişməsə, qəti qərarımızdır ki, getməyəcəyik. Planları çoxdan qurmuşduq. Düşünürük ki, lazımlı olan hər şeyimiz var. Bazamız, meydançalarımız yaxşı vəziyyətdədi. Getdiyimiz yerlərdən heç də geri qalmırıq. Ona görə burda yığışıb məşqlərimizi keçirəcəyik və mümkün olsa yoldaşlıq görüşləri keçirəcəyik. Proqramımız buna köklənir".
Xatırladaq ki, Misli Premyer Liqasında qış fasiləsi 26 gün olacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC