Avropa Liqasının Liqa mərhələsinin matçında İsveçdə yerli "Elfsborq" klubu ilə üz-üzə gələcək "Qarabağ"ın səfər proqramı bəlli olub.
Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Anar Hacıyev Presssport.az-a məlumat verərək dekabrın 10-da, saat 18:00-da çarter reysilə sözügedən ölkəyə yollanacaqlarını deyib. Ağdam təmsilçisi qarşılaşmadan sonra Bakıya qayıdacaq.
Hacıyev onu da vurğulayıb ki, "köhlən atlar"ın azarkeşləri üçün 600-dən çox bilet ayrılıb.
Xatırladaq ki, turnirin VI turunda dekabrın 12-də təşkil olunacaq "Elfsborq" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC