Azərbaycan Basketbol Liqasında (ABL) “Şəki”-“Lənkəran” (89:64) qarşılaşması ilə I dövrə yekunlaşıb.
Presssport.az xəbər verir ki, 5-ci turda “Sumqayıt”ın “Gəncə” üzərində qələbəsi ilə bərabər, çempionatda qələbə üzünə həsrət yalnız “Neftçi"di.
Beləcə ilk dövrədən sonra A qrupuna yoluna məğlubiyyətsiz davam edən “Sabah”, B qrupuna isə bölgə təmsilçisi “Gəncə” başçılıq edir.
Onu da bildirək ki, II dövrəyə 10 dekabrda baş tutacaq “Naxçıvan” – “Neftçi” oyunu ilə start veriləcək.
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC