Kloze Emreli və digər hücumçulardan narazı qalıb: "İki və ya üç nəfər qalanlardan az işləyirsə, heç nəyə nail olmaq mümkün deyil”

Almaniya mətbuatı "Nürnberq"in azərbaycanlı hücumçusu Mahir Emrelinin II Bundesliqanın son matçlarındakı performansından yazıb.

Presssport.az xəbər verir ki, “Bild” nəşri millimizin forvardının performansını belə şərh edib:

"Paderborn"la (2:3) matçdakı məhsuldar ötürmədən savayı, azərbaycanlı son bir neçə həftədə çox az nailiyyət əldə edib. Emreli “Elversberq”lə son görüşdə (1:2) bir neçə qol şansı əldə etmişdi".

Lakin komandanın baş məşqçisi Miroslav Kloze “Bild”ə açıqlamasında Mahirin də yer aldığı hücum xəttindən razı qalmayıb: "Bu oyunda başqa oyunlarda olduğu qədər istək və sayıqlıq, topsuz işləmək əzmi yox idi. Bu halda nəyisə əskik edirik. İki və ya üç nəfər qalanlardan az işləyirsə, heç nəyə nail olmaq mümkün deyil”.

Xatırladaq ki, Emreli bu mövsüm “Nürnberq”in heyətində bütün turnirlərdə keçirdiyi 11 oyunda 4 qol vurub, 1 məhsuldar ötürmə edib və son matçlarda fərqlənə bilmir. “Nürnberq” isə II Bundesliqada 15 turdan sonra 12-ci pillədə qərarlaşıb.
 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC