Misli Premyer Liqasında cari mövsümün rekordu qırılıb

“Araz-Naxçıvan”ın məğlubiyyətsiz oyunlar seriyası qırılıb.

Presssport.az xəbər verir ki, Elmar Baxşıyevin yetirmələri Misli Premyer Liqasının XVII turunun “Sabah”la ev matçında 0:1 hesabı ilə uduzub. 

Bununla da Misli Premyer Liqasında cari mövsümün məğlubiyyətsizliklə bağlı rekordu qırılıb. 

Naxçıvan təmsilçisi son dəfə avqustun 2-də “Qarabağ”a 1:4 hesabı ilə məğlub olmuşdu. 134 gündən sonra uduzan komanda bu müddətdə keçirdiyi 15 qarşılaşmada 12 qələbə qazanıb və 3 heç-heçə edib.

Klub tarixinin rekorduna imza atan “Araz-Naxçıvan” ölkə çempionatları tarixində ardıcıl ən azı 15 oyunda uduzmayan 13-cü komanda olub. Bu, 37-ci belə seriyadı.

Xatırladaq ki, "Araz-Naxçıvan" hazırda 39 xalla turnir cədvəlinin ilk pilləsində qərarlaşıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC