“Sabah”dan 40-cı səfər qələbəsi

“Sabah” Azərbaycan çempionatlarında 40-cı səfər qələbəsini qazanıb.

Presssport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.

Belə ki, Bakı klubu Misli Premyer Liqasının XVII turunda səfərdə “Araz-Naxçıvan”ı 1:0 hesabı ilə məğlub edib.

Paytaxt təmsilçisi bu yubileyə rəqib meydanlarındakı 97-ci görüşdə nail olub. “Sabah” səfərdə ən azı 40 dəfə qalib gələn 13-cü komandadı.

Onu da bildirək ki, “Sabah” ilk uğurunu Premyer Liqadakı debüt matçında əldə edib. 2018-ci il avqustun 12-də “Şamaxı” ilə səfər oyununda 1:0 hesablı qələbə qeydə alınıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC