“Kəpəz”in futbolçusu Orxan Əliyev Azərbaycan çempionatlarında 30-cu qolunu vurub.
Presssport.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən məlumatına görə, 29 yaşlı futbolçunun yubileyi Misli Premyer Liqasının XVII turunun “Neftçi” ilə səfər görüşündə (1:2) qeydə alınıb.
Orxan 30-cu qolunu 169-cu matçında vurub. O, “Sumqayıt”da 14, “Araz-Naxçıvan”da 9, “Kəpəz”də 7 dəfə fərqlənib. Əliyev oynadığı klublardan “Xəzər Lənkəran”la “Zirə”də qol hesabını açmayıb.
Gəncə klubunun üzvü Azərbaycan çempionatları tarixində 30 və daha çox qol vuran 102-ci oyunçudur. O, bu siyahıda Kamal Quliyev, Valter Quqlemon və Ceyhun Sultanovla 99-102-ci yerləri bölüşdürür.
Xatırladaq ki, Orxan hazırda turnir cədvəlində 10 xalla 9-cu pillədə olan “Kəpəz”ə bu yay qayıdıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC