“Qarabağ” Azərbaycan çempionatlarında 900-cü ev qolunu vurub.
Presssport.az PFL-in saytına istinadən xəbər verir ki, bu, Misli Premyer Liqasının XVII turuna təsadüf edib.
“Sumqayıt”la görüşdə vurulan sonuncu top yubiley xarakteri daşıyıb. “Qarabağ”ın öz meydanındakı 900-cü qoluna Toral Bayramov imza atıb.
Ağdam klubu “900”ə 464-cü ev matçında çatıb. “Qarabağ” öz meydanında 900 və daha çox qol vuran i2-ci komanda olub. Bunadək yalnız “Neftçi” öz meydanında bu qədər qola imza atıb.
Xatırladaq ki, “Qarabağ”ın ilk ev qolunu 1992-ci il mayın 3-də Sabirabad “İnşaatçı”sı ilə matçda Mehman Alışanov vurub.
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC