AFFA-nın bayrağı altında təşkil edilən U-15 Liqasında XVI turun oyunları keçirilib.
Presssport.az xəbər verir ki, “Qarabağ” 9 cavabsız qolla qalib gələrək zirvədə qalıb. Düzdür, “Sabah” da bu turda qələbə qazansa da, ağdamlılar topların daha yaxşı fəriqnə görə 1-ci pilləni qoruyub.
Turun ən dramatik matçı Gəncədə baş tutub. Belə ki, “Kəpəz” turnir cədvəlində özündə irəlidə olan “Qəbələ”ylə ev matçında hesabda 0:2 geridə olsa da, inanılmaz xarakter göstərərək əzmkar qələbə qazanıb. Bu, 22 dəqiqəyə vurulan 3 qolla reallaşıb.
Onu da bildirək ki, hesab 1:2 olanda meydan sahiblərinin qapısına 11 metrlik cərimə zərbəsi təyin olunub. Bu zaman “Kəpəz”in qapıçısı Qüdrət Qarayev rəqib futbolçuyla penalti duelindən qalib ayrılıb və bununla da komandasına əlavə motivasiya verib. Məhz bundan sonra Fərda Məmmədzadənin dublu Gəncə təmsilçisinə aktivinə 3 xal gətirib. Özü də 15 yaşlılarda oyunun 80 dəqiqə keçirildiyini nəzərə alsaq, qmeudan sahiblərinin qələbə topunu sona 1 dəqiqə qalmış vura bilməsi qeyd olunmalıdı.
“Kəpəz”in bu qələbəsi cəzası bitən baş məşqçisi İlqar Hüseynovun “texniki zona”ya qayıdışıyla üst-üstə düşüb və gəncəlilər turnir cədvəlində 1 pillə irəliləyərək 8-ci yerə yüksəlib.
Onu da bildirək ki, “Kəpəz” bu həftəsonu keçiriləcək son turda istirahət edəcəyindən, il onun üçün artıq başa çatıb. Nizami yurdunun təmsilçisi növbəti matçını 2025-ci ilin ilk turunda - 1-2 fevral aralağında EFA ilə Milli Avasiasya Akademiyasının stadionunda keçirəcək.
AFFA U-15 Liqası, XVI tur
“Vətən” – “Zirə” – 1:2
Amirs Bagirovs, 65 - Ramil Hacıyev, 2. Hüseyn Rəhim, 32
“Qarabağ” – “Şamaxı” – 9:0
Roman Fərzəli, 1, 30. Daniil Rəcəbov, 4, 20. Məhəmməd Bağırov, 12, 29. Murad İsmailov, 22. İbrahim Sadiqli, 43. Amir Məmmədov, 64
“Asta” – “Dinamo” (Baku) – 3:0
Nyusted Benjamin, 18. Nihad Nəhmətli, 60. Qasım Məmmədov, 65
“Sabah” – “Turan Tovuz” – 2:0
Rəvan Məmmədov, 34. Xəzər Hüseynzadə, 60
“Sumqayıt” – “Neftçi” – 1:1
Mirzə Məmmədli, 9 - Rəşad Şirməmmədli, 65
EFA – “Səbail” – 4:0
Nurlan Kərimov, 8, 33. Yusif Mirzəzadə, 23. Zaur Məhəmməd, 78
“Kəpəz” – “Qəbələ” – 3:2
Allahverdi Qurbanov, 57. Fərda Məmmədzadə, 66, 79 - Nicat Rəhimli, 3. Hamza Tahirov, 53
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC