Dekabrın 28-də Bakıda üzgüçülük idman növü üzrə “Parlaq Ulduz” Uşaq Liqasının 3-cü final mərhələsi start götürəcək.
Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidmətindən Presssport.az-a verilən məlumata görə, turnirdə 1-ci yaş qrupunda 2012-2013-cü təvəllüdlü oğlanlar, 2-ci yaş qrupunda 2015-ci il təvəllüdlü oğlanlar, 1-ci yaş qrupunda 2013-2014-cü il təvəllüdlü qızlar, 2-ci yaş qrupunda 2015-ci il təvəllüdlü qızlar öz güclərini sınayacaq.
Yarışlara digər yaş qrupundan da idmançılar qatıla bilər. Bakı Su İdman Sarayında bir gün davam edəcək “Parlaq Ulduz” Uşaq liqasının final mərhəsinin qalibləri diplom və medallarla təltif olunacaq. Həmçinin ən yüksək xallar toplayan üzgüçülər Bakı şəhər yığma komandasının tərkibinə daxil ediləcək.
Onu da bildirək ki, Azərbaycan Üzgüçülük Federasiyasının, Bakı şəhəri Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçiriləcək yarışda ölkənin 30-a yaxın idman klubunun və seksiyalarının 200-ə yaxın idmançısı mübarizə aparacaq.
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC