İsveçdə 2024-cü ilin ən yaxşı futbolçusu açıqlanıb.
Presssport.az xəbər verir ki, milli komandanın və "Sportinq"in (Portuqaliya) hücumçusu Viktor Qyökereş səsvermədə hamını qabaqlayıb.
Məlumatı İsveç Futbol Federasiyasının mətbuat xidməti yayıb.
26 yaşlı hücumçu bu il "Sportinq" və yığmada ümumilikdə 61 qol vurub. O, başa çatmaqda olan 2024-cü ildə uğurlu çıxışla yadda qalaraq bir çox Avropa nəhənginin diqqətini cəlb edib. Onların arasında "Mançester Yunayted, "Mançester Siti" və "Real" da var. Viktorun klubuyla hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdi və transfer dəyəri 70 milyon avrodur.
Xatırladaq ki, Qyökereş bu mövsüm UEFA Millətlər Liqasının İsveç - Azərbaycan matçında (6:0) 4 qolun müəllif olub. O, Bakıdakı oyunda da (1:3) penaltidən bir dəfə fərqlənə bilib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC