Dünya Badminton Federasiyasının İnkişaf direktoru Milli Paralimpiya Komitəsinin rəhbərliyi ilə görüşüb

Azərbaycanda səfərdə olan Dünya Badminton Federasiyasının İnkişaf direktoru Yan Rayt Milli Paralimpiya Komitəsinin rəhbərliyi ilə görüşüb.

Presssport.az xəbər verir ki, Milli Paralimpiya Komitəsinin baş katibi Toğrul Rəhimov, Azərbaycan Badminton Federasiyasının baş katibi Ramil Hacıyev və badminton üzrə Azərbaycan millisinin baş məşqçisi Morteza Validarvinin iştirak etdiyi görüşdə ölkəmizdə parabadmintonun inkişaf perspektivləri müzakirə olunub.

Daha sonra bu istiqamətdə görülən işlər və Dünya Badminton Federasiyası ilə əməkdaşlıq imkanları barədə söhbətlər aparılıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC