Millimiz AVRO-2026-ya xalla başladı - sona 2 saniyə qalmış vurduğu qolla

Futzal üzrə Azərbaycan milli komandası AVRO-2026-nın əsas mərhələsində ilk oyununu keçirib.

Presssport.az xəbər verir ki, 5-ci qrupda yer alan millimiz Bakıda İsveç yığmasını qəbul edib. Bakı İdman Sarayında təşkil olunan görüş 3:3 hesablı heç-heçə ilə yekunlaşıb. Komandamızın heyətində qolları 2-ci və 40-cı dəqiqələrdə Oktay Rüstəmli, 23-cü dəqiqədə isə Xəzər Ağalızadə vurub. Özü də Oktay sona 2 saniyə qalmış 2-ci qolunu vuraraq yığmamımız məğlubiyyətdən xilas edib. 

Xatırladaq ki, futzalçılarımız qrupda növbəti oyunlarını 2025-ci il yanvarın 31-də səfərdə Xorvatiya yığmasına qarşı keçirəcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC