FiFA-nın ilin ən yaxşı futbolçusuna təqdim etdiyi “The Best” mükafatının sahibi müəyyənləşib.
Presssport.az xəbər verir ki, "Real"ın braziliyalı vingeri Vinisius Junior 2024-cü ilin ən yaxşısı seçilib.
Bu barədə dünya ali futbol qurumu məlumat yayıb.
İlin ən yaxşı məşqçisi adına Vinisiusun “Real”da italiyalı baş məşqçisi Karlo Ançelotti layiq görülüb.
Argentina millisinin və "Aston Villa"nın qolkiperi Emiliano Martines isə 2024-cü ilin ən yaxşı qapıçısı seçilib.
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC