Azərbaycanda il ərzində ən çox meydanda olan futbolçular açıqlanıb

2024-cü ildə Azərbaycanda çıxış edən futbolçular arasında (yalnız yüksək dəstə) ən çox meydanda olan oyunçular bəlli olub.

Presssport.az xəbər verir ki, bu barədə Beynəlxalq İdman Araşdırmalar Mərkəzinin (CIES) saytı yazıb.

İlk pillədə "Zirə"nin mərkəz müdafiəçisi Ruan Renato qərarlaşıb. Belə ki, braziliyalı legioner 4222 dəqiqə meydanda olub. O, bu həddə 47 oyunda çatıb. Renato 81.5 faiz çempionat, 18.5 faiz avrokubok görüşlərində iştirak edib.

İkinci sırada "Sabah"ın formasını geyinən millimizin üzvü Amin Seydiyev yer alıb. Belə ki, sağ cinah müdafiəçisi 45 qarşılaşmada 3799 dəqiqə keçirib. Bunların 83.5 faizi Premyer Liqa, 10,3 faizi avrokubok, 6.2 faizi milli komandaya təsadüf edib.

İlk "3-lüy"ü millimizin digər üzvü Toral Bayramov qapayır. Belə ki, "Qarabağ"ın futbolçusu 60 oyunda 3728 dəqiqə meydanda olub. Sol Cinah müdafiəçisi 58.2 faiz çempionat, 20.9 faiz avrokubok, 20.9 faiz yığma matçlarının iştirakçısıdı.

Onu da bildirək ki, siyahı tərtib olunarkən dekabrın 15-dək olan qarşılaşmalar nəzərə alınıb, klublarkı görüşlərlə yanaşı, millilərdəki (əsas, U-23 və U-21) matçlara da diqqət yetirilib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC