Üzgüçümüz Əbu-Dabidəki beynəlxalq yarışda 7 medal qazanıb

Azərbaycan üzgüçüsü Yeqor Maynitski Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən beynəlxalq yarışda 7 medal qazanıb.

Üzgüçülük Federasiyasından Presssport.az-a verilən məlumata görə, idmançımız öz yaşıdları arasında yarışın ən yaxşısı seçilib.

14 yaşlı üzgüçü 50, 100 və 200 metr məsafələrə brass üsulu üzrə üzməkdə bütün rəqiblərini üstələyib.

Bundan başqa, Maynitski 200 metr məsəfəyə qarışıq üsulda da finişə hamıdan birinci çatıb. O, 400 metr məsafəyə qarışıq və 50 metr məsafəyə sərbəst üsulda üzməkdə ikinci olub.

İdmançı kəpənək üsulunda 50 metr məsafədə üçüncü olub.

Beləliklə, Yeqor ümumilikdə 4 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıb.

Xatırladaq ki, turnir dekabrın 14-16-sı aralığında keçirilib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC