“Neftçi” İdman Klubunun güləş zalı yenidən istifadəyə verilib.
Presssport.az Azərbaycan Güləş Federasiyasının (AGF) mətbuat xidmətinə istinadən xəbər verir ki, klubun Lökbatan qəsəbəsində yerləşən yunan-Roma güləşi zalı əsaslı təmir olunub və fəaliyyətini bərpa edib.
AGF tərəfindən inventarla təmin edilmiş zalla tanışlıq olub.
AGF-nin İcraiyyə Komitəsinin üzvü, Olimpiya çempionu Namiq Abdullayev, sərbəst güləş üzrə U-20 millinin böyük məşqçisi Arif Abdullayev, yunan-Roma güləşi üzrə millinin böyük məşqçisi Rövşən Bayramov və sərbəst güləş üzrə U-17 millinin böyük məşqçisi Əsgərxan Novruzov çıxış edərək burada yaradılmış şəraiti yüksək qiymətləndiriblər və gələcəkdə bu zalda çempionların yetişməsini arzulayıb.
Onu da bildirək ki, bu bölmədə məşqçi Xəyyam Abdullayevin rəhbərliyi altında 25-ə yaxın idmançı yunan-Roma güləşi ilə məşğuldu. Gələcəkdə “Neftçi” İdman Klubunun eyni məkanda yerləşən sərbəst güləş zalının da əsaslı təmiri planlaşdırılır.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC