UEFA Azərbaycan millisinə xəbərdarlıq edib.
Presssport.az xəbər verir ki, buna yığmamızın səfərdə İsveç millisinə 0:6 hesabıyla uduzduğu UEFA Millətlər Liqasının matçında yaşananlar səbəb olub.
Belə ki, Fernandu Santuşun yetirmələri "komandanın düzgün olmayan davranışı"na görə xəbərdarlıq alıb.
Sözügedən qarşılaşmada millinin 5 üzvü sarı vərəqə alıb. Bunlar Anton Krivotsyuk, Amin Seydiyev, Coşqun Diniyev, Bəhlul Mustafazadə və Toral Bayramovdu.
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC