Azərbaycan futbol tarixində ilk dəfə Naxçıvandan olan hakimlər briqadası AFFA-nın təşkil etdiyi Respublika dərəcəli yarışa təyinat alıb.
Presssport.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, U-17 Liqasının XIX turunda keçirilən “Neftçi” – “Şamaxı” oyununda reallaşıb.
Belə ki, “Neftçi Futbol Mərkəzi”ndə baş tutan matçı Pərviz İbrahimov idarə edib. Vüsal Xəlilzadə və İlkin Mustafazadə baş hakimin köməkçiləri qismində fəaliyyət göstərib.
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC