Dünya çempionatında yenə alkoqol qadağası olacaq - yenə ərəb ölkəsində

2034-cü ildə Səudiyyə Ərəbistanında keçiriləcək futbol üzrə dünya çempionatı zamanı azarkeşlərə stadionlarda spirtli içki qəbul etmək qadağan olunacaq.

Presssport.az xəbər verir ki, bu barədə məşhur “The Guardian” məlumat yayıb. 

Bildirilib ki, FİFA yerli qanunvericiliyə zidd olduğu üçün mundial oyunlarında pivə satışını turnirin Təşkilat Komitəsi ilə müzakirə etmək fikrində deyil.

Ali futbol qurumu 2022-ci ildə Qətərdə təşkil olunan dünya çempionatı zamanı pivə satmaq hüququ əldə etsə də, sonradan Əl-Tani ailəsinin təzyiqi ilə icazə ləğv edilib.

Beləliklə, FIİA pivə istehsal edən şirkətə 40 milyon funt-sterlinq məbləğində təzminat ödəməli olub.

Xatırladaq ki, DÇ-2034-ün Səudiyyə Ərəbistanında keçiriləcəyi təsdiqlənib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC