Azərbaycanın 3 idmançısı dopinqə görə cəzalandırılıb.
Presssport.az AMADA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, Səidə Əliyeva (taekvondo), Günel Vəliyeva (ağırlıqqaldırma) və Rövşən Xəlilov (pauerliftinq) yarışlardan diskvalifikasiya olunub.
Hər 3 idmançının cəzalandırılmasına səbəb nümunələrində qadağan edilmiş maddələrin aşkarlanması olub. Belə ki, Əliyevada “furosemid”, Vəliyevada “methyltrienolon”, Xəlilovda isə “metandienone” aşkarlanıb.
Səidə yarışlardan 2, digər idmançılar isə 4 il müddətinə uzaqlaşdırılıb. Taekvondoçu ilə bağlı sanksiya başlama tarixi bu il fevralın 16-sı göstərilib.
Dörd illik cəzalandırılan Vəliyeva ilə bağlı sanksiyanın isə 2023-cü il sentyabrın 7-dən etibarən başladığı təsdiqlənib. Xəlilovun cəzası isə 2021-ci il noyabrın 18-dən qüvvəyə minib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC