Azərbaycan millisinin FİFA reytinqindəki mövqeyi dəyişməyib.
Presssport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Dekabr ayının reytinqinə əsasən, yığmamız 1158,7 xalla 117-ci yerdə qərarlaşıb.
Onu da bildirək ki, siyahıya dünya çempionu Argentina (1867,25) başçılıq edir. Fransa (1859,78) 2-ci, son Avropa çempionu İspaniya (1853,27) 3-cüdü.
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC