AAF prezidenti Lyublyana Universitetinin professoru ilə görüşüb

Azərbaycan Ağırlıqqaldırma Federasiyasının (AAF) prezidenti Kamran Nəbizadə strateji planlama mütəxəssisi, Lyublyana Universitetinin professoru Edvard Kolarla görüşüb.

Federasiyanın mətbuat xidmətindən Presssport.az-a verilən məlumata görə, Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov, AAF-ın vitse-prezidenti Firdovsi Umudov və beynəlxalq əlaqələr şöbəsinin müdiri Elnarə Təhməzovanın iştirak etdiyi görüşdə Azərbaycanda qurulacaq Avropa Ağırlıqqaldırma Akademiyasının inkişaf strategiyası müzakirə edilib.

Nəbizadə akademiyanın inkişaf strategiyasının hazırlanması zamanı nəzərə alınmalı olan zəruri istiqamətləri diqqətə çatdırıb. O vurğulayıb ki, akademiyanın fəaliyyət və inkişaf strategiyasında bu idman növünün kütləviləşməsi, atletlər və hakimlər üçün beynəlxlaq seminar və məşğələlərin təşkili, sertifikatlaşdırma, eyni zamanda antidopinq sahəsində görüləcək işlər ayrı-ayrılıqda nəzərə alınmalıdı.

Daha sonra sloveniyalı mütəxəssis effektli inkişaf strategiyasının təklif olunmuş istiqamətləri ilə bağlı fikirlərini səsləndirib. O, qısa zamanda strategiyanın ilkin versiyasını AAF-a təqdim edəcəklərini bildirib. Görüş qarşılıqlı fikir mübadiləsi ilə davam edib.

Onu da bildirək ki, inkifaş strategiyası hazırlandıqdan sonra Beynəlxalq Ağırlıqqaldırma Federasiyasına təqdim ediləcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC