AFFA-nın bayrağı altında təşkil edilən U-17 Liqasında XIX turun oyunları keçirilib.
Presssport.az xəbər verir ki, “Şamaxı”nı qəbul edən “Neftçi” rəqibini 14:0 hesabı ilə üstələyib.
“Ağ-qaralar”ın heyətində Elnur Abdullayev futbolda nadir hallarda rast gəlinən nəticəyə imza atıb. Belə ki, o, 6 qol vurmaqla heksa-trik müəllifi olub.
Murad Abbaslı, Nicat Əzizli, Ramal Abışov, Vüsal Kərimov, Elvin Vəliyev və Fateh Əskərzadə hərəyə 1 dəfə fərqlənib, Pünhan Qasımzadə isə dubl edib.
Onu da bildirək ki, U-17 Liqasında 18 oyundan 46 xal toplayan “Zirə” liderdi. Ondan 1 oyun az keçirən “Neftçi” 43 xalla 2-cidi.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC