Tofiq Bəhramovun apardığı oyunda çempion olan futbolçu öldü

İngiltərə millisinin heyətində 1966-cı ildə Dünya Kubokunu qazanan keçmiş futbolçu Corc İstham vəfat edib.

Presssport.az xəbər verir ki, o, 88 yaşında dünyasını dəyişib.

İstham karyerası ərzində “Arsenal”, “Nyukasl” və “Stok Siti”də oynayıb. 

Keçmiş futbolçu millidə 19 oyuna çıxaraq 2 qol vurub. 1966-cı ildə çempion olmuş komandanın heyətində yer alsa da, həmin turnirin heç bir oyununda meydana çıxmayıb.

Lakin Vətənində keçirilən finalda əfsanəvi azərbaycanlı hakim Tofiq Bəhramovun İngiltərə millisinin xeyrinə verdiyi obyektiv qərarla çempionluq sevinci yaşayıb. Cefri Hertsin mübahisəli qolunu qeydə alan Bəhramov Britaniya kraliçası tərəfindən “Qızıl fit” və “Qızıl ilahə” mükafatlarına layiq görülüb.

Onu da bildirək ki, hazırda həmin heyətdən cəmi 3 futbolçu - İan Kallaqan, Terri Peyn və Cefri Herts sağ qalıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC