Misli Premyer Liqasının XVIII turu "Neftçi"nin futbolçusu Filip Ozobiç üçün əlamətdar olub.
Presssport.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, “Turan Tovuz”la səfər oyununda fərqlənən 33 yaşlı yarımmüdafiəçi "ağ-qaralar"ın heyətində çempionatda 10-cu qolunu vurub.
Bu, Ozobiçin 10 və daha çox qol vurduğu 3-cü komandadı. O, “Qəbələ”də 16, “Qarabağ”da 35 dəfə rəqib qapısına yol tapıb.
Filip Azərbaycan çempionatları tarixinə unikal göstərici - 3 klubda 10 və daha çox qol vuran ilk əcnəbi futbolçu kimi düşüb. Azərbaycan millisinin xorvatiyalı yarımmüdafiəçisi bu qollardan bir hissəsini legioner statusu daşıdığı dövrdə vurub.
Ümumilikdə isə Ozobiç 3 və ya daha çox komandada 10 və ya daha çox qola imza atan 16-cı futbolçudu. Mütləq rekord isə Kənan Kərimova məxsusdu. O, 5 fərqli klubda buna nail olub. Kərimov “Qarabağ”da 16, “Kəpəz”də 14, “Şəmkir”də 19, “Turan”da 15, “Qəbələ”də 11 dəfə fərqlənib. Nazim Əliyev, Samir Əliyev, Vidadi Rzayev və Xaqani Məmmədov 4, 11 oyunçu isə 3 klubda belə məhsuldarlıq göstərib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC