FİFA-dan Azərbaycana yüksək etimad - ilk dəfə 2 hakimimiz I kateqoriyada

Beynəlxalq dərəcəli hakim Elçin Məsiyev FİFA-da I kateqoriyaya yüksəlib.

Presssport.az xəbər verir ki, bu haqda AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Belə ki, 33 yaşlı referimiz beynəlxalq oyunlarda yüksək səviyyəli idarəçiliyinə görə buna layiq görülüb. 

Daha əvvəl Əliyar Ağayev bu kateqoriyaya yüksəlmişdi. Bununla Azərbaycan futbol tarixində ilk dəfə 2 hakimimiz I kateqoriyada olacaq.

Digər FİFA referisi Kamal Umudlu isə II kateqoriyanı daşımaqda davam edəcək.

O da bildirilir ki, 37 yaşlı futzal referimiz Hikmət Qafarlı da FİFA-da I kateqoriyaya yüksəlib.

Xatırladaq ki, Məsiyev 2021-ci ildən FİFA referisi dərəcəsini daşıyır. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC