Azərbaycanda ilin ən yaxşı komandası

"Qarabağ" 99 qolla 2024-cü ilin ən yaxşı komandası olub.

Presssport.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 36 matçda 89 xal toplayan Qurban Qurbanovun komandası böyük fərqlə digər komandaları üstələyib.

28 qələbəsi olan Ağdam klubu qol sayında “100”ün bir addımlığında qalıb.

2024-cü ildə Misli Premyer Liqasında 180 oyun keçirilib. 2023/24 mövsümünün 2-ci, cari çempionatın ilk yarısını əhatə edən bu matçlarda 472 qol vurulub. 9 komanda hər 2 mövsümdə, “Qəbələ” və “Şamaxı” yarım il ərzində Premyer Liqada mübarizə aparıb.

“Sabah” 2-ci, “Zirə” 3-cü göstəriciyə malikdi. Qəsəbə klubu 36 oyun keçirənlər arasında ən az top buraxan komandadı.

1. "Qarabağ" 36 28 5 3 99-30 89
2. "Sabah" 36 17 11 8 52-42 62
3. "Zirə" 36 17 8 11 48-28 59
4. "Turan Tovuz" 36 15 13 8 48-40 58
5. "Sumqayıt" 36 14 8 14 33-41 50
6. "Araz-Naxçıvan" 36 14 7 15 32-44 49
7. "Neftçi" 36 11 12 13 46-50 45
8. "Kəpəz" 36 9 5 22 40-79 32
9. "Səbail" 36 6 7 23 40-63 25
10. "Şamaxı" 18 4 5 9 16-23 17
11. "Qəbələ" 18 3 3 12 18-32 12

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC