2024-cü il üçün ən yaxşı milli baş məşqçinin adı açıqlanıb

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2024-cü il üçün milli komanda səviyyəsində ən yaxşı baş məşqçinin adını açıqlayıb.

Presssport.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

IFFHS-nin versiyasına əsasən, bu ada İspaniya millisinin çalışdırıcısı Luis De La Fuente layiq görülüb.

63 yaşlı ispaniyalı mütəxəssis 274 xalla 1-ci olub.

Argentina yığmasının baş məşqçisi Lionel Skaloni (148 xal) 2-ci yeri tutub. İlk "3-lüy"ü Fransa yığmasını çalışdıran Didye Deşam (35 xal) qapayıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC