Böyüklər və gənclər arasında cüdonun kata növü üzrə ölkə çempionatı və birinciliyi keçirilib.
Presssport.az xəbər verir ki, milli komandaların Təlim-Məşq Mərkəzində baş tutan yarışda böyüklər arasında 2009-cu il və ondan aşağı, gənclər arasında isə 2005 - 2010-cu təvəllüdlü cüdoçular iştirak edib.
Gənclər arasında Nihat Camalov və Rüstəm Məmmədov 1-ci yerə çıxıb. Böyüklərin mübarizəsində isə Çingiz Əhmədov və Seymur Məcidli fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC