Azərbaycanda sahibkar I Liqa klubuna ianə etd

I Liqa təmsilçisi “İmişli”yğ ianə edilib.

Presssport.az xəbər verir ki, bu barədə Futbolun İnkişaf Fondunun icraçı direktoru Tural Piriyev “Facebook”dakı şəxsi səhifəsində məlumat paylaşıb. 

Onun sözlərinə görə, bölgə klubuna adını açıqlamadığı İmişlidən olan bir sahibkar 5 min manat dəyərində ianə edib:

"Keçən həftə bir nəfər sahibkar zəng vurdu, dedi ofisiniz hardadır, görüşmək istəyirəm. Gəldi, çay içdik, futboldan danışdıq. Axırda da "İmişli" Futbol Klubuna 5 min manat ianə edib getdi.

Sahibkarın öz bölgə klubuna dəstəyi ilə yanaşı, bizə olan güvəni məni çox sevindirdi. Özü də qeyd etdi ki, tək bölgəsinin təmsilçisi olduğu üçün yox, fəaliyyətlərini bəyəndiyi üçün bu ianəni edir. Allah canını sağ eləsin, "İmişli"yə isə uğurlar!".

Xatırladaq ki, "İmişli" hazırda 20 xalla 3-cü pillədə olaraq lider "Qəbələ"dən 6 xal geridə qalır.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC