CIES "Qarabağ"ın və millimizin üzvünü ilin ən yaxşı futbolçuları siyahısına daxil edib

Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) bu mövsüm ölkə çempionatlarında sağ vingerlərə ən çox məhsuldar ötürmə verən və onlara qapıya zərbə vurmaq imkanı yaradan 21 yaşadək futbolçuların adlarını açıqlayıb.

Presssport.az xəbər verir ki, ilk “10-luq”da “Qarabağ”ın və Azərbaycan millisinin üzvü Nəriman Axundzadə də var.

Belə ki, gənc sağ cinah yarımmüdafiəçisi 75,1 əmsalla dünyada 7-ci yerdə göstərilib. Maraq üçün bildirək ki, bu siyahıya “Real”ın türkiyəli futbolçusu Arda Gülər başçılıq edir – 81,4 əmsal.

Onu da bildirək ki, araşdırma 64 liqada çıxış edən 2004-cü il və daha sonra anadan olmuş oyunçular arasında aparılıb. Nəriman da məhz 2004-cü təvəllüdlüdü. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC